Bakıda bir sıra marşrut avtobuslarının hərəkət sxemi dəyişib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
8 Noyabr prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir.
Belə ki, 21 və 175 nömrəli avtobuslar Dəniz Kənarı küçəsi, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.
8 Noyabr prospektində təmir işləri 29 may tarixinə qədər davam edəcək.