Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avtobusların hərəkət sxemi dəyişdirilir.
Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, entyabrın 28-dən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.