Bakıda 5 nəfərin ölümünə səbəb olan avtoqəza barəsində toplanmış sənədlər məhkəməyə göndərilib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
21 yaşlı Mahmud Əzizov haqda cinayət işinə hakim Məhəmməd Əkbərov tərəfindən baxılıb. Hökmə əsasən, gənc 6 il müddətinə azadlıqdan məhrum edilib.
13 oktyabr 2021-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunda yük avtomobili sərnişin avtobusu ilə toqquşmuşdu. Nəticədə 5 nəfər ölmüş, 21 nəfər xəsarət almışdı.