Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 1 noyabr tarixində Report xəbər verib.
Bakı ərazisində 7 avtomobildən ümumilikdə 2224 manat pul, bankomat kartları və sənədlər, 1150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlayan əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.
Qeyd edək ki, oktyabrın 30-da Nizami rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə polisə müraciət daxil olduğdan sonra axtarış-əməliyyatlar başlanılıb.