Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdirilib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Xətai rayonunun Gəncə prospektində, Sadıqcan dairəsi adlanan hissədən Zığ şosesinə qədər aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bununla əlaqədar, 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq, Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib.