Bakıda 8 marşrut xətti üzrə hərəkət edən avtobusların marşrutu dəyişəcək. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar paytaxtdakı bir sıra küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bununla bağlı, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Tədbir bitənə qədər avtobuslar alternativ yollarla hərəkət edəcək.