Bakıda 8 ağac qanunsuz olaraq kəsilib. Bu haqda 17 sentyabr tarixində Report məlumat verib.
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 26 və 26A nömrəli yaşayış binalarının yaxınlığında ağaclar kəsilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırması zamanı müxtəlifcinsli 8 ağacın qanunsuz kəsildiyi və təbiətə 3990 manat məbləğində ziyanın dəydiyi təsdiqlənib.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi və onlara aqrotexniki qulluq göstərilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Bələdiyyəsinə müraciət olunub", - Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi V.Cavadov deyib.