Bakıda avtomobildən pul oğurlayan şəxsə hökm oxunub. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
40 yaşlı Fərid Həsənov törətdiyi oğurluğa görə 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2 oktyabr gecə saatlarında Hüseyn Cavid prospekti 263-269 ünvanında dayanan “Hyundai” markalı avtomobilin qapısının açıq olduğunu görüb. Nəqliyyat vasitəsində axtarış zamanı F.Həsənov orada 31.500 AZN pul tapıb və onu götürərək ərazidən uzaqlaşıb.
5 gündən sonra tutulan təqsirkarın üzərində 24.000 AZN aşkarlanıb. O, 8000 AZN-i şəxsi ehtiyacları üçün xərclədiyini bildirib.