Pakistan vətəndaşlarına hökm oxunub.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Mukhtar Mohsin, Abbas Muhammad və Muzammil Muhammad 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirkarlar Bakıda öz həmyerlilərini oğurlayaraq 20.000 ABŞ dolları tələb etməkdə ittiham olunublar. 3 nəfər təqsirkar turist kimi Azərbaycana gələn zərərçəkənlər tərəfindən hava limanında qarşılayıblar.
Daha sonra onları kirayədə yaşadıqları mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər, hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dolları və 400 avronu ələ keçiriblər.