Bakıda “Addım - addım Vətən” adlı düşərgənin qeydiyyatına start verilib.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Məqsəd böyük gənclik kütləsinə sahib olan Binəqədi, Nərimanov və Nəsimi rayonlarından olan ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin, həmçinin şəhid, qazi və Vətən Müharibəsi qəhrəmanlarının övladlarına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasıdır.
Layihənin əsas mərhələsi 2021-ci ilin noyabr-dekabr aylarında Nərimanov rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində keçiriləcək.
Düşərgədə iştirak etmək istəyən gənclər 9 noyabr tarixinədək qeydiyyatdan keçə bilərlər.