Bakıda “Ailə Festivalı” keçirilir. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
15 may – Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən festival çərçivəsində ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak edirlər. Həmçinin uşaqlar üçün müxtəlif ustad dərsləri keçirilir, konsert proqramı təşkil olunur.
Xətai rayonundakı Nizami Gəncəvi parkında keçirilən tədbir saat 19:00-a qədər davam edəcək.