Aksiz markası olmayan siqaretlər aşkar edilib.
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri ərazisində aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Bakuplus.az Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən, qeydiyyatda olduğu fərdi yaşayış evindən və ofisindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 142380 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.