Bakıda iyul ayı ərzində 29 aptekdə yoxlama aparılıb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə istinadən məlumat verir.
Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə protokollar tərtib edilib.