Bakı və ölkə ərazisində «Təmiz hava» aylığına start verilir. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəqliyyat vasitələrindən ixrac olunan qazların havanı çirkləndirməsinin qarşısının alınması üçün yeni layihəyə start verilir. Belə ki, 1 may - 1 iyun tarixləri arası avtomobillər mütəmadi olaraq yoxlanılacaq. Əgər nəqliyyat vasitələri normadan artıq qaz ixrac edəcəksə, sürücü məsuliyyətə cəlb olunacaq.
Bununla bağlı Baş Dövlət Yol Polisi məlumat verib.