Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayır. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
İlham Həşimovun cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.
Cari ilin 6 yanvar tarixində paytaxtın Xətai rayonunda 57 yaşlı Rəhimə Həşimova öz həyat yoldaşı tərəfindən öldürülüb.