Bakıda təşkil olunan filmləri “Auto Cinema” formatında təqdim edən “Buz bar” daha bir yenilik edib.
BakuPlus - un əldə etdiyi məlumata əsasən filmlərin nümayişində “Dual sound” sistemindən istifadə olunacaq.
Belə ki, bundan sonra seanslar zamanı səs iki dalğada və iki dildə yayımlanacaq. Filmlər əsasən türk və rus dillərində verildiyi üçün izləyərkən iki FM dalğadan birinə qoşulmaqla türk və rus dillərini seçə bilərsiniz.
Məlumat üçün bildirək ki, Buz Bar Auto Cinema Bakının Buzovna qəsəbəsində yerləşir.