Bakıda Avropa Parodontologiya Federasiyasının “Perio Master Clinic” konfransı 2026-cı ildə keçiriləcək. Bu barədə bu gün, 4 aprel tarixində Bakuplus.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu qərar Federasiyanın aprelin 1-də Danimarkanın Helsinqor şəhərində keçirilən baş assambleyasında quruma üzv olan Avropa ölkələrinin gizli səsverməsi nəticəsində qəbul edilib.
Azərbaycan Turizm Bürosunun dəstəyi ilə keçirilən konfransda ölkəmizi Əziz Əliyev adına Azərbaycan Dövlət Tibb Elmləri Təhsili İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontoloqlar Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli təmsil edib. Tədbirin sonunda konfransın 6-7 mart 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi səs çoxluğu ilə təsdiq edilib.
Tədbir Azərbaycanda mindən çox beynəlxalq iştirakçını bir araya gətirəcək.