Bakıda yeni avtobus pavilyonları quraşdırılıb.
Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində Məhəmməd Hadi küçəsi, Şəfayət Mehdiyev küçəsi, Həsən bəy Zərdabi küçəsi, Heydər Əliyev prospekti (Ağa Nemətulla küçəsi ilə kəsişmə), Akim Abbasov küçəsi və Məhəmməd Xiyabani küçəsində dayanacaq məntəqələri təmir edilib, eyni zamanda Əhməd Rəcəbli küçəsində yeni dayanacaq pavilyonu quraşdırılıb.