Bakıda ölümlə nəticələn yol qəzası olub. "Report" xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində qeydə alınıb.
Cavid Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Elmira İsmayılovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.