Paytaxtın Binəqədi rayonunda avtomobillə adam vuran sürücüyə hökm oxunub. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
30 yaşlı Sərxan Sərxanov (ad şərtidir) 4 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar 25 iyul 2022-ci il tarixində “Prius” markalı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsindən keçən zaman 55 yaşlı Sakit Məmmədovu (ad şərtidir) vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Sakit Məmmədov toy məclisindən evə qayıdırmış.