Novruz bayramı ilə əlaqədar 19-27 mart tarixləri qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri və qeydiyyat-imtahan şöbələri fasiləsiz rejimdə xidmət göstərəcək. Bu barədə bu gün, 17 mart tarixində APA Baş Dövlət Yol Polisinin mətbuat xidmətinə istinadən bildirib.
Bayram günlərində Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən Müayinə Mərkəzləri, habelə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi saat 09:00-dan 18:00-dək fasiləsiz şəkildə sürücülərin xidmətində olacaq.