Paytaxt küçələrində avtoxuliqanlıq edən şəxs tutulub. Bu haqda 30 sentyabr tarixində "Report" xəbər verib.
Ötən gün Nərimanov rayonu Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində idarə etdiyi “BMW” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən naməlum sürücünün görüntüləri sosial şəbəkədə yayılıb.
Nərimanov Rayon Polis əməkdaşlarının araşdırmaları nəticəsində sürücünün şəxsiyyəti müəyyən olunaraq saxlanıb. Sürücü Asif Niftəli barəsində protokol tərtib edilərək toplanan materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.