Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərgi keçiriləcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 1 mart tarixində xəbər verir.
Dənizkənarı bulvarda təşkil ediləcək sərginin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva iştirak edəcək.
Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunub. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi həmin ilin mayın 6-da açılıb.