Gələn həftə, dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə investisiya forumu keçiriləcək. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinə (TÜİB) istinadən məlumat verir.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömər Bolat və Türkiyə Prezidenti Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak edəcəklər.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub. Forum İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və TÜİB tərəfindən birgə təşkil olunacaq.
Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunacaq. Tədbirdə biznes dünyasının liderlərinin, investorların, iş adamlarının iştirakı gözlənilir.