Tacikistan prezidenti Azərbaycana səfərə gəlib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İşgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan–Tacikistan sənədlərinin imzalanması mərasimi olub.
Mərasimdə ümumilikdə 7 sənəd imzalanıb. Burada ekologiya, ədliyyə, iqtisadiyyat və digər sahələr əhatə olunur.
Bundan əlavə, İlham Əliyev tacikistnalı həmkarını COP29-a dəvət edib.