Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib.
Report xəbər verir ki, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.
Bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən işgəncə verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.
Keçirilən tədbirlər zamanı 37 yaşlı Rəşad İsmayılov saxlanılıb. Onun barəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.