Oktyabrın 9-da Bakı Ekspo Mərkəzində “Bəhram Gur və Dürsəti” xalçasının təqdimatı keçirilib. Bu haqda Azerbaycan Milli Xalça Muzeyi facebook rəsmi səhifəsində məlumat verilir.
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu “Bəhram Gur və Dürsəti” xalçası iştirakçılara təqdim olunub. Xalçanın üzərində Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentlər verilib. Xalçanın mərkəzində ağ günbəzli sarayda Bəhram Gur və yeddinci sarayın gözəli Dürsəti təsvir olunub. Xalça yun və ipək materiallardan toxunub.
Qeyd edək ki, rəssam Taryer Bəşirov Azərbaycan Milli Xalça Muzeyinin baş rəssamıdır.