Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Natiq Çələbiyevin cinayət işi başa çatıb və toplanan materiallar Bakı Ağır Cinayətlər Mahkəməsinə göndərilib. Bu haqda APA məlumat yaıyb.
Cinayət işinə hakim Səbuhi Hüseynov tərəfindən baxılacaq. İclasın tarixi və vaxtı barədə məlumat qısa zamanda yayılacaq.
Hadisə cari ilin iyun ayında Bakı şəhərində baş vermişdir. Natiq Çələbiyev mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq zərbəsi yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
Faktla bağlı cinayət işi açılıb, Natiq Çələbiyev şübhəli şəxs qismində saxlanılıb.