Bakının mərkəzində təşkil olunmuş bal yarmarkası yekunlaşıb. Bu haqda bu gün, 11 noyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Keçirilən tədbirdə 100 tondan artıq arıçılıq məhsulu satılıb. Alıcılar daha çox cökə, çiçək, dağ və meşə balı almağa üstünlük verib. Kəlbəcər və Laçın rayonlarından olan məhsullar ilk həftədə tamamilə satılıb.
Yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla, ümumilikdə 250 arıçı iştirak edib.
1116 alıcı arasında keçirilən sorğuda 83,7%-i arıçılıq məhsullarının qiymətlərindən razı olduğunu, 13,4%-i qismən razı olduğunu bəyan edib, respondentlərin 2,9%-i isə qiymətlərin onları qane etmədiyini bildirib.
Bal yarmarkası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Layihə 20 oktyabr - 7 noyabr tarixlərində baş tutub.