Bakıda “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı beynəlxalq forum keçirilir. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Forumda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli nümayəndələri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak edirlər.
Tədbirdə, həmçinin Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov çıxış edib. O, Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılması ilə bağlı məlumatı təqdim edib.
Forum iki gün davam edəcək.