Bakıda Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək görüş “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusuna həsr olunacaq.
Tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxış edəcək.
Forumda moderator qismində “The Guardian” qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Harvi olacaq.
Forum 1-3 may tarixlərində baş tutacaq.