Bakıda bir sıra cərimələrin məbləği artırılıb. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.azReport-a istinadən xəbər verir.
Belə ki:
İşıqforun qırmızı işığına və ya hərəkətə qadağanedici nişanlanmaya məhəl qoymamağa;
sərnişindaşıma, əks-istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etməyə;
Yolayrıcını keçmə qaydalarını pozmağa;
Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmağa;
Üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə cərimələrin məbləği 80 AZN-dən 100 AZN-ə qaldırılır.