Bakının bir sıra ərazilərində işıq olmayacaq. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Keçiriləcək təmir-bərpa işləri ilə əlaqədar paytaxtın müxtəlif ərazilərində mərhələli şəkildə elektrik təchizatı dayandırılacaq. Fasilələrin olacağı ərazi və tarixlərə buradan baxmaq mümkündür.
Fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və başqa bu kimi profilaktik işlərin görülməsi nəzərdə tutulur.