Azərbaycanda fəaliyyət gösətrən “Bolt” taksi şirkətindən narazılıq yaranıb. Buna səbəb isə tariflərlə bağlı ziddiyyətin ortaya çıxmasıdır. Tribunainfo.az-a verilən xəbərə görə, müştərilər onların qiymətdə 1-2 manat fərqlə aldadıldıqlarını qeyd edirlər.
Bildirilir ki, müştəri sifariş verəndə 5 manat göstərirsə, taksiyə oturanda sürücü 7 manat olduğunu məlumat verir. Müştərilər bildirir ki, son günlər belə hallar çoxalıb. Amma səbəbin nə olduğu izah edilmir. Müştərilər bunu şirkətin fırıldağı kimi qəbul edirlər. Sürücülər də etiraf edirlər ki, “Bolt” belə problemlər yaşadır və nəticədə şoferlə müştəri üz-göz olur.
Ümumiyyətlə, Bakıda taksilərdə gediş-gəlişin qiyməti artsa da, keyfiyyəti dəyişməz olaraq qalır. Ötən ayla müqayisədə qısa məsafə üçün iki-üç manat tələb olunurdusa, indi eyni məsafəyə görə ikiqat ödəniş tələb edilir.
Lakin problemlər bununla bitmir, bəzən sürtücülər kartla edilmiş sifarişləri ləğv edir, bəzənsə tətbiqdə yeni avtomolibilin gələcəyi göstərilsə də, göndərilən avtomobil köhnə model olur.