Bakıda bu günə olan hava proqnozu açıqlanıb. Bu haqda 8 noyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
8 noyabr tarixində Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 13-16, gündüz isə 17-22 dərəcə isti olacaq.