Bakının Mehdiabad qəsəbəsindəki köhnə evin həyətində canavarlar görünüb. Bu haqda bu gün, 5 aprel tarixində Media.az sosial şəbəkələrə istindən məlumat verib.
AMEA Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Tevəkkül İsgəndərovun sözlərinə görə, canavar böyük yaşayış yerlərində görünməyə meyilli deyil - adətən heyvanlar insanların yaşadığı ərazilərdən uzaqda yaşayırlar. Alim qeyd edir ki, otlaqlar və qoyun tövlələri olan ərazilər canavarların adi məskənidir: “Adətən, canavar yem üçün qoyun sürülərinə hücum edir. Heyvanlar mal-qaradan sonra miqrasiya edirlər”, - deyə ekspert bildirib.
İsgəndərov onu da deyib ki, böyük yaşayış massivlərində canavarların peyda olması qida çatışmazlığı ilə bağlıdır.
“Mehdiabad kimi yerdə canavarların peyda olması bir qədər təəccüblüdür, amma bu qorxulu deyil. Ola bilsin ki, kənddə tövlələr var və buna görə də canavarlar ora gediblər. Onlardan qorxmaq lazım deyil. Canavarlar təhlükə hiss etməsələr, insanlara hücum etmirlər”, - deyə İsgəndərov bildirib.