Bakıda casusluqda ittiham olunan iranlıya hökm oxunub. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İran vətəndaşı Astan Babak 12 il müddətinə azadlıqdan məhrum edilib. Cəzası bitəndən sonra o, Azərbaycan ərazisindən məcburi çıxarılmalıdır.
Astan Babak İrandan Azərbaycana ali təhsil almaq üçün gələn tələbələrə bələdçilik adı ilə Bakıya gəlib-gedirmiş. O, Azərbaycanda olduğu müddətdə ölkədəki hərbi hissələrin və digər strateji obyektlərin yerini öyrənərək İran xüsusi xidmət orqanlarına ötürübmüş. Sonuncu dəfə o, İran xüsusi xidmət orqanlarına məlumat ötürərkən Naxçıvandakı hotellərin birində saxlanılıb.