Bakıda COP29-a hazırlıqla bağlı təlim keçirilib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Paytaxtda İkillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Reports – BTR) hazırlanmasında etimad və potensialın yaradılması üzrə təlim seminarı keçirilir.
Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və BMT-nin İnkişaf Proqramının COP29 üzrə regional koordinatoru Nuri Özbağdatlı çıxış ediblər.