Oktyabrın 26-27-də Bakıda “Critical Infrastructure Defense Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək
CIDC-2023 dövlət qurumları, mühüm infrastruktur, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi sahəsində təcrübə, bilik və bacarıqlarının artırılması, o cümlədən dövlət və özəl sektorlar arasında şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədi daşıyır.
Tədbir haqqında ətraflı məlumatı əldə etmək və iştirakçı qismində qeydiyyatdan keçmək üçün “CİDC 2023” tədbirinin saytına müraciət etmək olar.