Bakıda dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və onun həyat yoldaşı Leyla Abdullayeva məhkum edilib. Bu haqda 7 aprel tarixində Report məlumat verib.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib. Hökmə əsasən, Abdullayev 6 il 6 ay, Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Leyla Abdullayeva məhkəmə zalında həbs edilib.
İş üzrə 5 zərərçəkmiş var. Onlara 107.000 manat zərər vurulduğu göstərilib.