Bakıda dələduzluq üstündə tutulan şəxsə hökm oxunub. Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Bu haqda Report 10 noyabr tarixində xəbər verib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Babaşov vətəndaşlar - Şahin Hüseynov və Emin Əsədova qarşı dələduzluq edib.
İ.Babaşov Ş.Hüseynovdan dələduzluq yolu ilə 49.700 manat, E.Əsədovdan isə 10 min manat pul alıb.