Bakıda bir neçə şəxsə qarşı dələduzluqda təqsirləndirilən Etibar Əliyevin məhkəməsi yekunlaşıb. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudov tərəfindən icra olunub. Hökmə əsasən, Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Etibar Əliyev (Etibar Toğrul təxəllüsü ilə tanınan) “Xəbər var” qəzetinin baş redaktoru, Vetenperverler.az saytının redaktoru kimi fəaliyyət göstərib. O, həmçinin XeberBiz.com və TehsilXeber.com xəbər portallarının rəhbəridir.
Əliyevə qarşı Cinayət Məcəlləsinin “Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə ittiham irəli sürülüb.