COP29 ilə əlaqədar Bakıda dünya liderlərinin sammiti keçiriləcək. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxtda İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək. Zirvə görüşü cari ilin 12-13 noyabr tarixlərində baş tutacaq.
İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirilməsi ilə COP29-a start veriləcək.
Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.