Bakıdakı Heydər Əliyev Mərkəzində TƏBİB-in təşkilatçılığı ilə ilk dəfə olaraq Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Simpozium “Heydər Əliyev İli” çərçivəsində təşkil olunub.
Simpoziumda dünyanın müxtəlif yerlərində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan və Rumıniyada yaşayan və çalışan 100-dən çox həkim iştirak edir.
[caption id="attachment_103719" align="alignnone" width="640"]
Foto Report.az[/caption]