Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Könül Cəfərova vəzifəsindən azad edilib. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Cəfərova ilə xidməti müqavilə uzadılmayıb. İdarə rəisi vəzifəsinin icrası Emin İbrahimova həvalə edilib.