Bakıda Dağıstanın nümayəndəliyi açılacaq. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanın paytaxtında Rusiya Federasiyasının Dağıstan Respublikasının nümayəndəliyi açılacaq. Bununla bağlı Dağıstanın rəhbəri Sergey Melikov Sərəncam imzalayıb. Hökumətə altı ay müddətində əsasnaməni təsdiq etmək, təşkilati və maliyyə məsələlərini həll etmək tapşırılıb.