“Formula 1”ə görə Bakıda 2 küçə bağlanacaq. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsində hərəkətə məhdudiyyət qoyulacaq.
Yollar 23:00-dan etibarən bağlı olacaq. Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək.
[URIS id=97840]