Paytaxtın müxtəlif ünvanlarında qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb. Bu haqda 22 sentyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidməti məlumat yayıb.
Reydlər Binə və Biləcəri qəsəbələrində keçirilib. Obyektlərdə, həmçinin bir müddət əvvəl sökülmüş və yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 3 obyektdə görülüb.