Bakıda növbəti avtobus kart sisteminə keçib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
“Neftçilər” metro stansiyası ilə Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar nağdsız ödənişə keçiriliblər. Daha 10.000-ə yaxın sərnişin “BakıKart”ın xidmətlərindən istifadə edə biləcək.
Yenilik 8 may tarixindən etibarən qüvvətə minəcək.