Yenilənib
Kliniki Tibbi Mərkəzə yerləşdirilən şagirdlərin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
18:10 - 149 nömrəli məktəbdə kütləvi zəhərlənmə olub
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində məktəbdə kütləvi zəhərlənmə olub. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən qəsəbədə yerləşən 149 saylı orta məktəbdə 10-a yaxın şagird zəhərlənib. İlkin məlumata görə, məktəbin idman zalı dezinfeksiya olunub və şagirdlər vurulan dərmandan zəhərləniblər.
Hazırda onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.